XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2015 - 06:39

Türk kəşfiyyatı: Karayılan İrana, Cəmil Bayık Suriyaya qaçıb

“Türkiyənin kiçik və böyük şəhərlərində PKK-nın xeyli sayda döyüşçüləri var”

PKK-nın Quzey İraqdakı düşərgələrinin 80%-i dağıdılıb.

Strateq.az Türkiyə KİV-ə istinadən bildirir k, bu barədə Türkiyə Milli İstiqbarat Təşkiatının mətbuata sızmış məlumatında deyilir. Məlumata görə, Türkiyə HHQ-nin Quzey İraqda iyulun ortalarından keçirilən əməiyyatlarında 300 yaraqlı öldürülüb, 500-ü yaralanıb.

CNN-Turk bildirir ki, PKK liderləri yerlərini dəyişməyə məcbur olublar. PKK-nın birbaşa rəhbərlərindən olan Murat Karayılan İranda gizlənib, təşkilatın siyasi şurasının başçısı Cəmil Bayık isə Suriyaya qaçıb.

Türk kəşfiyyatı hesab edir ki, Türkiyənin kiçik və böyük şəhərlərində PKK-nın xeyli sayda döyüşçüləri var. Həm də “onların yaşadığı evlər lağımlarla birləşdirilib”.