XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 10:40

İraq hökuməti PKK-ya maaş ödəyir –Sensasion iddia

pkk

Bu günlərdə İraq hökumətinin hələ də PKK terror təşkilatının üzvlərinə maaş ödəməyə davam etdiyi iddiası ortaya atılıb. 

İraqın Müdafiə Nazirliyindən olan bir mənbə hökumətin PKK terrorçularına hərbi təlim qarşılığında maaş ödədiyini deyib. 

“əl-Quds əl-Ərəbinin” İraqın Müdafiə Nazirliyindəki bir mənbəyə istinadən yaydığı xəbərə görə PKK silahlıları Sincar dağında yezidilərin də aralarında olduğu YBS qruplaşmasının üzvlərinə hərbi təlim keçir. 

İraq hökuməti də YBS qruplaşmasının üzvlərinə verilən hərbi təlim qarşılığında PKK terrorçularına maaş ödəyir.

Məlumatda bildirilir ki, İraq hökuməti Sincar dağında olan 2500-ə yaxın yezidi gəncə hərbi təlim verən 130 PKK terrorçusuna iki ildən bəri mütəmadi olaraq aylıq maaş verir. 

İraq hökuməti, yerli hərbi qüvvələrə dəstək və təlim vermə görünüşü altında maliyyə və hərbi dəstək verdiyi PKK-nın Sincarda saxlamağa və təşkilatın oradakı varlığını qanuni hala gətirməyə çalışır. 

Avropa.info