Bu gün səhər saatlarından İstanbulda xüsusi əməliyyat başlayıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat zamanı 125 polis əməkdaşı həbs olunub.
Polislər FETÖ (Fətullah Gülən Terror Təşkilatı) ilə əlaqədə şübhəli bilinirlər.
Qeyd edək ki, iyul ayındakı hərbi qiyam cəhdindən sonra Türkiyədə 20 min polis xidmətdən uzaqlaşdırılıb.