"Suriya üzrə danışıqlara regionun bütün ölkələrini, o cümlədən Türkiyəni, İranı, Rusiyanı qoşmaq lazımdır".
Bunu Fransa Prezidenti Fransua Olland Strasburqda AŞPA-nın plenar iclasında çıxış edərkən deyib.
O, Fransanın İŞİD terror qruplaşmasına qarşı mübarizəni davam etdirməyə hazır olduğunu, elə buna görə də koalisiyada iştirak etdiyini vurğulayıb. (Report)