XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 15:31

Mars planetinə səfir təyin olundu- FOTO

Karyerasını bitirmiş peşəkar Çin basketbolçusu Yao Minə qeyri-adi və rəmzi təyinat verilib.

Azərtac “South China Morning Post” qəzetinə istinadla xəbər verir ki, o, Mars planetinə səfir təyin edilib. Vaxtilə “Hyuston Roket” klubunda forma geyən Yao Min Milli Basketbol Assosiasiyasında səkkiz mövsüm keçirib.

Otuz altı yaşlı idmançıdan başqa, sözügedən fəxri missiyaya Çinin daha 10 məşhur adamı təyinat alıb. Səfir missiyasında məqsədin kosmik proqramın öyrənilməsinə, gələcəkdə Marsa uçuşlara dəstək göstərmək və ictimaiyyətin bu təşəbbüsə diqqətini cəlb etməyə yönəlib.

Hələ avqust ayında rəsmi Pekin bəyan etmişdi ki, dörd il sonra çinlilərin planetlərarası səyahətinə başlanacaq. 2020-ci ilin yayında Haynan əyalətinin Vençay kosmodromunda “Çançjen-5” (Böyük yürüş) raketdaşıyıcısının səmaya buraxılması nəzərdə tutulur. Əvvəlcə, Çinin nəhəng raketdaşıyıcısının köməkliyi ilə Yer kürəsinin orbitindən “qırmızı planet”də tədqiqat aparmaq üçün Marsa zond göndərilməsi planlaşdırılır(azərtac).