XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 18:09

“Türk axını” layihəsinə yeni iştirakçıları cəlb oluna bilər –Rusiya tərəfinin razılığı əsasında

turkaxini.jpg

Rusiyanın "Qazprom" və Türkiyənin "BOTAŞ" şirkətləri "Türk axını" layihəsinə yeni iştirakçıları cəlb edə bilər. Adı çəkilən qaz xətti ilə əlaqədar Rusiya və Türkiyə hökumətləri arasında müvafiq sənəd imzalanıb. 

Sənədə əsasən, kəmərin quru sahəsi ilə çəkilən II hissəsinin və dəniz sahəsinin inşası üçün Rusiya tərəfinin razılığı əsasında yeni iştirakçılar cəlb oluna bilər. Bu iştirakçıların layihədəki payları nizamnamə kapitalına uyğun olaraq bölüşdürüləcək.

Xatırladaq ki, "Türk axını" layihəsi Qara dənizin alt hissəsi ilə iki maqistral qaz kəmərinin çəklişini nəzərdə tutur. Xətlərin biri ilə qaz Türkiuyəyə, digəri ilə tranzitlə Avropaya ötürülücək. Layihənin 2019-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.  (Report)