XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 21:38

“Reuters” Nazarbayevə diaqnoz qoydu:"Diplomatik soyuqlama"

naz

"Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqlayıb ki, Ermənistana getməsin".

Strateq.az xəbər verir ki, bu fikirləri "Reuters" agentliyi yayıb.

Agentlik bildirir ki, Nazarbayevin xəstəliyi "diplomatik soyuqlama"dır.

Qazaxıstan prezidentinin mətbuat xidməti 76 yaşlı prezidentin xəstəliyi  haqda məlumat yayıb, lakin bu, ölkə qanunvericiliyinə görə dövlət sirri sayılır.

Qazax politoloq Aidos Sarimin fikrincə, ola bilsin, Nazarbayev KTMT-nin İrəvan sammitinə getmək istəmir.

"Reuters" qeyd edir ki, Ermənistanla Azərbaycan arasında Aprel müharibəsindən sonra İrəvanla Astananın münasibətləri kəskinləşib. Nazarbayev o vaxt sammitin təxirə salınmasını təkid etmişdi.

Xatırladaq ki, Nazarbayev İrəvandan əvvəl Bakıya səfər etməli idi, lakin bu səfər də təxirə salınıb.