XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 22:12

Dünyada 800 milyon insanaclıq çəkir

Dünya Aclıq İndeksinə görə, hazırda dünyada 800 milyon insan aclıq çəkir. İki il əvvəl bu rəqəm 842 milyon idi.

2000-ci ildən bu yana aclıq çəkən insanların sayında 29 faizlik azalma müşahidə edilsə də, hazırkı rəqəmlər də vəziyyətin kritik olduğunu göstərir. Xüsusən də Yəmən, Sudan və Suriya kimi ölkələrdə aclığa və natamam qidalanmaya daha çox rast gəlinir.

Almaniyada faəliyyət göstərən Aclığa Qarşı Mübarizə Təşkilatının sədri Bərbel Dieckman bildirib ki, son illər bu istiqamətdə müəyyən irəliləyişə nail olunsa da, BMT-nin 2030-cu ilə qədər «Sıfır aclıq» hədəfinə çatması üçün siyasi, iqtisadi çevrələr və vətəndaş cəmiyyəti səylərini artırmalıdır.

Dünya Aclıq İndeksində bu il ilk sırada Mərkəzi Afrika Respublikası, Çad, Zambiya, Haiti, Madaqaskar, Yəmən gəlir(azadlıq.info).