Türkiyə ilə İraq arasında Başikadakı türk ordusundan dolayı gərginlik davam edir. İraq Türkiyənin onun razılığını almadan ərazisinə girdiyini, Türkiyə isə əksini iddia edir.
Strateq.az xəbər verir ki, bu gün Anadolu Agentliyinin yaydığı bir video həqiqətən də İraq Baş naziri Heydər əl-İbadinin 25 dekabr 2014-cü il tarixində bu məqsədlə Türkiyəyə səfər etdiyini təsdiqləyir.
Videoda sabiq həmkarı Əhməd Davudoğluyla bərabər jurnalistlər qarşısına çıxan H. İbadi deyir:
"İŞİD ilə mübarizədə ciddi hazırlıqlara ehtiyac duyulur. Bu səbəbdən də beynəlxalq dəstək istəmişdik. Təyyarə, silah və hərbi təlim sahəsində istədiyimiz beynəlxalq dəstəyi alırıq. Bu sahədə bir əməkdaşlığın olması lazım idi. Qonşumuz Türkiyədən və kömək göstərməyə hazır olduğunu ifadə edən cənab Baş nazirdən də təhlükəsizlik, kəşfiyyat və hərbi sahələrdə təhsil, avadanlıq və silah səviyyəsində bu cür yardımların edilməsini gözləyirik. Görüşümüzdə bunlar haqqında danışdıq… Türk qardaşlarımızın İraqa silah yardımı sahəsində bir hazırlığı var. Bilirsiniz ki, biz müharibə edirik və xüsusilə silah və cəbbəxana sahəsində gücümüzü və səyimizi səfərbər etmişik. Bunun üçün də bizə dəstək lazımdır".
Bu, həmin İbadidir ki, bir neçə gün bundan qabaq Türkiyənin İraqda hərbi qüvvə saxlamasını sərt tənqid atəşinə tuturaq deyirdi:
"Türklərin İraqdakı varlığının səbəbi yoxdur və bu təhlükəli bir vəziyyətdir. İraq hökumətinin bu istiqamətdə hər hansı bir tələbi olmamışdır."