XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 17:14

Putin:“ABŞ-la münasibətlərin pisləşməsindən narahatıq”

putin

“Moskva Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahatdır. Rusiya belə nəhəng ölkə ilə dostluq münasibətlərinə malik olmaq istəyərdi”.

Bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” adlı forumun plenar iclasında çıxışında bildirib. “Biz ABŞ-la münasibətlərimizin korlanmasından narahatıq. Bu, bizim seçimimiz deyil, heç vaxt buna səy göstərməmişik. Əksinə, belə böyük, dünya iqtisadiyyatının aparıcı ölkəsi ilə dostluq münasibətlərinə malik olmaq istəyirik”, – deyə Rusiya prezidenti qeyd edib. 
V. Putin ABŞ-da keçiriləcək prezident seçkilərinə də münasibət bildirib. Rusiya dövlət başçısı seçiləcək ABŞ prezidentli ilə işləyəcəklərini vurğulayıb: “Amerika xalqı lazım bildiyi seçimi edəcək. Bütün hallarda biz hər hansı seçilmiş ABŞ prezidenti ilə işləməyə hazırıq, əgər o, Moskva ilə işləməyi istəsə…”   (APA)