XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 17:33

Putin:“Suriyada BMT karvanına kimin zərbə endirdiyini bilirik”

putin

“Rusiya Suriyada BMT-nin humanitar karvanına kim tərəfindən zərbə endirildiyini bilir”.

Bunu Rusiya prezidenti Vladimir Putin “Rusiya çağırır” Forumunun plenar iclasında çıxışında bildirib.

“Rusiya bilir ki, Hələb yaxınlığında BMT-nin humanitar karvanına terrorçu təşkilatlardan biri zərbə endirib. Biz nələrin baş verdiyini bilirik. Bilirik ki, ABŞ da bu barədə bilir, lakin başqa mövqe tutur, Rusiyanı günahlandırır. Bu, işə kömək etməyəcək”, – deyə Putin vurğulayıb.

Qeyd edək ki, ötən ayın sonunda Suriyanın Hələb şəhəri yaxınlığında BMT-nin humanitar yük karvanı atəşə tutulub. Bu hadisədən sonra ABŞ Rusiya ilə Suriya münaqişəsi üzrə danışıqlar prosesini dayandırıb. ABŞ humanitar yük karvanının bombalanmasında Moskvanı günahlandırıb. Moskva isə yük karvanının terrorçular tərəfindən bombalandığını bildirib.  (APA)