XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 17:59

Novak:"Vyana toplantısında ABŞ-ı da görmək istərdik"

nov

XXIII Ümumdünya Enerji Konqresində iştirak edən OPEC üzvü olan və olmayan bəzi ölkələrin energetika nazirləri İstanbulda toplantı keçirib.
Toplantının iştirakçıları sentyabrın 28-də Əlcəzairdə keçirilən qeyri-formal görüşdən sonra neftin hasilatı və qiyməti ilə bağlı görülmüş və görüləcək tədbirləri müzakirə edib. Görüşdə İran və Səudiyyə Ərəbistanı kimi iri bazar oyunçularının nümayəndələri iştirak etməyib.

Toplantıdan sonra Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, Vyana toplantısı ərəfəsində İstanbulda keçirilən görüş çox faydalıdır: "Sentyabrda Əlcəzairdə keçirilən toplantıdan sonra neftin hasilatı ilə bağlı önəmli dəyərləndirmələr etdik. Bazarın digər önəmli oyunçularını, xüsusilə də ABŞ-ı oktyabr 29-da Vyanada keçirəcək toplantıda görmək istərdik".  (APA)