XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 18:21

Cənubi Koreya Kim Çeni öldürmək üçünxüsusi təyinatlı qoşun hazırlayır

Cənubi Koreya şimal qonşusunun hərbi əməliyyatlara başlayacağı təqdirdə KXDR rəhbərliyini və komanda məntəqələrini məhv etmək üçün xüsusi təyinatlı qoşun hissələri yaratmağa başlayıb.

Yeni xüsusi təyinatlı qoşunların əsas vəzifəsi KXDR lideri Kim Çen Inı aradan götürmək olacaq. “KXDR-in təxribatlarına qarşı əməliyyatlara” hazırlıq barədə quru qoşunları qərargahının komandanı Çan Çon Qyu məlumat verib. Onun sözlərinə görə, ordu düşmən ərazisinə girib tapşırığı yerinə yetirərək geri dönə bilən xüsusi hərbi hissəyə malik olmaq istəyir.

Xüsusi təyinatlı dəstələr 40 nəfəri daşıya və bir dəfəyə 600 kilometr məsafə qət edə bilən ən yeni MH-47 tipli helikopterlərlə təchiz olunacaq.

KİV-lərin məlumatına əsasən, Cənubi Koreya xüsusi təyinatlı qoşun hissələrini 2018-ci ilədək yaratmağı planlaşdırır.

Cənubi Koreyanın Müdafiə Nazirliyi nüvə təhdidi zamanı hazırladıqları plan barədə də məlumat verib. Plan əsas rayonlarda düşmən obyektlərinə raket zərbələrinin endirilməsini, həmçinin düşmən rəhbərliyinin, o cümlədən Şimali Koreya lideri Kim Çen Inın məhvini ehtiva edir(azərtac).