XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 00:44

AŞPA Rusiya Dumasının legitimliyinişübhə altına aldı 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ukrayna ilə bağlı iki qətnamə qəbul edib.

«Rusiya aqressiyasının Ukraynadakı siyasi nəticələri» adlı qətnamənin açar müddəaları rus qoşunlarının Ukraynadan çıxarılmalı olduğu, hazırkı şərtlər daxilində Donbasda seçkilərin keçirilməsinin qeyri-mümkünlüyüdür.

AŞPA-dakı Ukrayna nümayəndə heyətinin üzvü İrina Qeraşenko bildirib ki, sənəd müəllifləri Ukraynanın işğal edilən ərazilərinə görə Rusiyanın məsuliyyət daşıdığını, həmçinin Donbas və Krımda hərbi qiyamın olduğunu bəyan ediblər. Bu qətnamənin qəbuluna AŞPA-nın 73 üzvü səs verib.

«Ukraynanın nəzarətində olmayan və işğal edilən ərazilərində insan haqlarının pozulması və hüququn müdafiəsi vasitələri» adlı ikinci qətnaməyə qurumun 87 üzvü səs verib.

Ukraynalı deputat Aleksey Qonçarenko bildirib ki, AŞPA bu qətnamədə Krımda Rusiya Dövlət Dumasına seçkilərin keçirilməsini qınayır və nəticələri tanımadığnı bildirir: «Buna görə Rusiya Dövlət Dumasının legitimliyinin də şübhə altına düşdüyü bəyan edilib. İlk dəfə olaraq AŞPA-da Rusiya hökuməti şübhə altına alınıb»(azadlıq.info).