XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Oktyabr 2016 - 08:45

ABŞ Dövlət Departamentinin sözçüsü:"Gürcüstandakı seçkilər yaxşı təşkil olunmuşdu"

s

"Oktyabrın 8-də Gürcüstanda keçirilən parlament seçkisi yaxşı təşkil olunmuşdu".

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri bildirib.

"ATƏT təmsilçiləri dəyərləndirməsinə görə, seçkilər fundamental hüquq və azadlıqlara əsasən cavab verib", -deyə o vurğulayıb.

İnformasiyaya əsasən, o, bəzi seçki məntəqələrində zorakılıq hallarının baş verdiyidən təəssüfləndiyini bildirib: "ABŞ bu zorakılığı mühakimə edir və onları dərindən araşdırmağa çağırır".

Xəbərdə bildirilib ki, o, tərəfləri problemləri dinc yolla həll etməyə dəvət edib. 

Xatırladaq ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə,hakim "Gürcü arzusu" partiyası səslərin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 fazini toplayıblar. Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı"dır.  (Report)