İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları Fars əyalətində İŞİD terror qruplaşmasına aid şəxsləri həbs edib.
Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə Seyid Mahmud Ələvi məlumat verib. Terrorçular Aşura mərasimində partlayış törətməyə hazırlaşıblar. Dəstə üzvlərinin hamısı xarici ölkə vətəndaşlarıdır.
“Əməliyyat zamanı xarici ölkə vətəndaşları olan terrorçu dəstə üzvləri həbs edilib. Həmçinin, 100 kq-dan artıq partlayıcı maddə və partlayıcı qurğuların hazırlanmasında istifadə edilən vasitələr aşkar edilib” –deyə nazir bildirib.
Onun sözlərinə görə, mövcud faktlar İranda dini zəmində qarşıdurma törətmək üçün terrorçu ünsürlərdən faydalanmağa çalışdıqlarına dəlalət edir.
Bununla bağlı daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq.