XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 09:49

Əsəd:“Ər-Riyad İranla münasibətlərin pozulması müqabilində Suriyaya yardım vəd etmişdi”

%c9%99s%c9%99d

 Suriya prezidenti Bəşər Əsəd Səudiyyə Ərəbistanının Dəməşqin İranla münasibətləri pozacağı təqdirdə ona dəstək vəd etdiyini bildirib. 

Bunu Bəşər Əsəd “Komsomolskaya pravda”ya müsahibəsində bildirib.

“Onlar dedilər ki, əgər biz İrandan üz çevirsək, Tehranla hər hansı münasibətlərdən imtina etsək, bizə kömək edəcəklər. Onlar bunu çox sadə və birbaşa dedilər”.  

Əsədin sözlərinə görə, bu təklif ona Suriyada münaqişə başladıqdan sonra edilib.   

“Təkliflər böhrandan sonra edilməyə başlayıb. Çünki  düşmənlərimiz böhrandan şantaj üçün istifadə etmək istəyirdilər. Dedilər ki, onların istədiyini etsək, bizə kömək edəcəklər”, – deyə o əlavə edib.    (APA)