XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 16:11

Tailand krala bir ilyas saxlayacaq

Tailandda 88 yaşlı kral Bhumibol Adulyadejin ölümü ilə bağlı bir illik matəm elan olunub.

Azərtac Euronews telekanalına istinadla xəbər verir ki, matəmlə əlaqədar bir ay boyunca bütün dövlət bayraqları endiriləcək. Dövlət işçiləri bir il ərzində yalnız qara paltar geyinəcək. Həmçinin oktyabrın 14-ü ölkədə qeyri-iş günü elan edilib. Matəm əlaməti olaraq, televiziyalar proqramları ağ-qara təsvirlə yayımlayır, qəzetlər isə rəngli səhifələr çap etmir.

Buddist ənənəsinə görə kralın dəfn mərasimi il ərzində keçirilə bilər.

Adulyadejin hakimiyyəti dövründə Tailandda 20-dən çox Baş nazir dəyişib və elə bir o qədər də dövlət çevrilişi baş verib.

Kralın ölümündən sonra taxta onun oğlu çıxıb.