XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2016 - 16:22

Ərdoğan Rusiyaya yenisəfir göndərir

Hüseyn Lazip Diriöz Türkiyənin Rusiyada yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Bu barədə Rusiya KİV-ləri Türkiyənin “Resmi Gazete” nəşrinə istinadən xəbər yayıb.

Türkiyənin Rusiyadakı səfirliyindən məlumatı təsdiq edərək bildiriblər ki, Hüseyn Diriöz yaxın vaxtlarda fəaliyyətə başlayacaq.

Hüseyn Lazip Diriöz Türkiyənin təcrübəli diplomatlarından biridir. O, əvvəllər İordaniyada və Braziliyada səfir olub(azərtac).