XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 18:44

ABŞ-da mühüm iqtisadigöstəricilər açıqlanıb

ABŞ-da bu gün bir sıra önəmli iqtisadi göstəricilər açıqlanıb.

ABŞ-da pərakəndə satışın baza indeksi aylıq müqayisədə 0,4% artım proqnozuna qarşı sentyabrda faktiki olaraq 0,5% artıb, istehsalçı qiymətləri indeksi isə 0,2% proqnoza qarşı 0,3% artıb. Bundan başqa, pərakəndə satışın həcmi proqnoza uyğun olaraq 0,6% genişlənib.

Açıqlanan bu göstəricilər ABŞ iqtisadiyyatında müsbət inkişaf trendinin davam etdiyini göstərir. Bu da bu gün axşam Bakı vaxtı ilə saatı 21:30-da Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Canet Yellenin uçot dərəcəsinin artırılması ilə bağlı çıxışı öncəsi stimullaşdırıcı amil olub.

Göstəricilərin açıqlanmasından sonra dollar digər valyutalarla müqayisədə bir qədər də möhkəmlənib. Əsas valyuta cütlüyü sayılan USD/EUR 1,1020 səviyyəsindən 1,0995-ə qədər geriləyib. 

"Report"un analitik qrupu dolların məzənnəsinin C.Yellenin axşamkı çıxışından sonra əsaslı şəkildə güclənə biləcəyini proqnozlaşdırırlar.