XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2016 - 10:45

FETÖ əməliyyatı:2 hakim və 1 prokuror həbs edildi

Feto əməliyyat 56

Türkiyənin Van vilayətində Fətullahçı terror təşkilatı – FETÖ işi ilə bağlı aparılan istintaq prosesi çərçivəsində 2 hakim və 1 prokuror həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Van Cümhuriyyət Baş Prokurorluğunda FETÖ işi ilə bağlı təhqiqatı çərçivəsində, habelə Van Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi tərəfindən şübhəli şəxs kimi saxlanılan 4 nəfərin işi məhkəməyə göndərilib.

Onlardan 3-ü – 2 hakim və 1 prokuror həbs edilib. Bir nəfər isə şərti azadlığa buraxılıb.