XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 15:45

Səudiyyə həkimləri siaməkizlərini ayırıblar

Səudiyyə Ərəbistanında Eylan və Elin adlı siam əkizlərinin ayrılması üzrə unikal cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, siam əkizlərini Ər-Riyad xəstəxanasında məşhur həkim Abdulla əl-Rəbiənin başçılıq etdiyi həkimlər briqadası ayırıb. Qeyd edilir ki, son dərəcə mürəkkəb, çoxmərhələli cərrahiyyə əməliyyatının uşaqlardan biri və ya hər ikisi üçün letal nəticə ilə başa çatması riski səksən faiz olub, lakin Səudiyyə həkimlərinin yüksək peşəkarlığı sayəsində indi Eylan və Elinin səhhəti üçün təhlükə sovuşub. Həkimlər körpələrin ortaq qaraciyərini, qarın divarcığını və döşün aşağı hissəsini bölməli olublar.

KİV-lərdə xüsusi qeyd edilir ki, krallıqda bu cür əməliyyat 41-ci dəfə aparılıb(azərtac).