XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

15 Oktyabr 2016 - 15:55

BMT:"Haitidə aclıq gözlənilir"

haiti

"Haitidə "Mettyu" qasırğası kənd təsərrufatı məhsullarının 80 faizini məhv edib".

Bunu BMT-nin inkişaf proqramının Haitidəki əlaqələndiricisi İvonn Hell bildirib.

"Bu fəlakətdir. Bu faktiki olaraq, yarım ildən sonra Haitini aclığın gözləcəyi deməkdir", – deyə o vurğulayıb.

BMT-nin məlumatına görə, qasırğa çəltik, çovdar və paxlalı bitki sahələrini məhv edib. İnformasiyada bildirilib ki, ölkənin əsas ixrac məhsulları sayılan kakao, qəhvə bitkiləri və meyvə ağaclarına da ziyan dəyib.

BMT-nin hesabatında vurğulanıb ki, məhsul çatışmazlığı yüz mindən çox uşağın ac qalması ilə nəticələnə bilər.   (Report)