XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 16:42

İŞİD Bağdaddakı terrora görə məsuliyyətiüzərinə götürdü

İŞİD terror qruplaşması Bağdadda törədilən terror hücumuna görə, məsuliyyəti üzərinə götürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, terror qruplaşması bəyanat yayaraq terrorçu-kamikadzenin törətdiyi partlayışda ölən və yaralananların ümumi sayının 100 nəfər olduğunu bildirib.

Rəsmi məlumata görə isə məhərrəm ayı ilə əlaqədar matəm mərasimində törədilən terror aktı nəticəsində 31 nəfər həlak olub, 65 nəfər yaralanıb.
Qeyd edək ki, hadisə İraq paytaxtının şimalında yerləşən Şaab rayonunda baş verib.