XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 17:30

Rusiya Misirlə birgə antiterrortəlimləri keçirəcək

Yerli KİV-lərin verdiyi məlumata görə, oktyabrın 15-dən 26-dək Misirdə “Dostluğun müdafiəçiləri – 2016” adlı birgə Rusiya-Misir antiterror təlimləri keçiriləcək.

Rusiyanın və Misirin hava-desant qoşunları (HDQ) Afrika səhraları şəraitində müasir paraşüt sistemlərindən istifadə etməklə ilk dəfə birgə kütləvi paraşüt desantı tətbiq edəcəklər.

Təlimlərdə 15 helikopter və təyyarədən, habelə 10 vahid döyüş texnikasından istifadə olunacaq. Bildirilir ki, rusiyalı desantçılar Misirdəki hərbi poliqonlardan birinin ərazisinə “İl-76” hərbi nəqliyyat təyyarələri ilə çatdırılıb. Təlimlərdə hər iki tərəfdən 500-dən çox desantçı əsgər kimi iştirak edir(azərtac).