XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2016 - 17:51

Bağdad terrorundaölənlərin sayı 30-a çatdı

İraqın paytaxtı Bağdadda baş verən partlayış nəticəsində həlak olanların sayı 30 nəfərə satıb. Bu barədə “Əl-Əhram” qəzeti yerli polis orqanlarına istinadla məlumat yayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, terror aktı paytaxtın Əş-Şaab rayonunda Aşura mərasimi ilə əlaqədar yüzlərlə müsəlmanın toplaşdığı çadırın yaxınlığında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində baş verib.

Qeyd edək ki, BMT-nin məlumatına əsasən, sentyabr ayında İraqda terror aktları nəticəsində min nəfərdən çox insan həlak olub, 1100 nəfər isə xəsarət alıb.