XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 19:38

Rusiya Mərkəzi Bankı ölkədə 120maliyyə piramidası aşkar edib

2016-cı ilin əvvəlindən Rusiya Bankı təxminən 120 maliyyə piramidası aşkar edib.

Azərtac “lenta.ru”ya istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın rəsmisi Valeri Lyah bildirib.

“Üçüncü rüb ərzində təxminən 30 maliyyə piramidası aşkarlanıb. Maliyyə piramidaları xidmətlərindən istifadə edən insanlara dəyən ziyanın orta məbləği 40-80 min rubl təşkil edib”, – deyə V.Lyah qeyd edib.