XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 20:02

Özbəkistan İslam Əməkdaşlığı Təşkilatına sədrliyi ələ alır –Bəyannamə qəbul ediləcək

islam-inkisaf-t

Oktyabrın 18-19-də Daşkənddə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 43-cü iclası keçiriləcək.

Strateq.az xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini Qayrat Fazilov məlumat verib.

Daşkənddə Azərbaycan, Əfqanıstan, Bəhreyn, Qayana, Yəmən, İndoneziya, İordaniya, Qazaxıstan, Kamerun, Qatar, Kot d`İvuar, Küveyt, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Nigeriya, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Somali, Suriname, Tacikistan, Türkiyə və digər ölkələrin XİN rəhbərləri gələcək.

Sessiyada İƏT baş katibi İyad Amin Madani, İslam İnkişaf Bankının prezidenti Bandar Hajjar, Fransa, İtaliya, Böyük Britaniya, İsveçrə, habelə bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.

İƏT qaydalarına əsasən Özbəkistan 2017-ci ildə quruma sədrlik edəcək. Özbəkistan Respublikasının prezidenti vəzifəsini icra edən Şavkat Mirziyoyevin tədbirdə çıxışı gözlənilir.

Tədbirdə Daşkənd Bəyannaməsinin qəbul ediləcək.