XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 11:48

Qətərdə bu gün ilktürk məktəbi açılır

Qətərdə bu gün təhsil verəcək ilk türk məktəbi açılacaq.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, məktəbin direktoru Mehmet Ali Karatosun bu gün fəaliyyətə başlayacaq təhsil ocağının Qətərdə yaşayan türk ailələrinin burada daha uzun müddət qalmalarına imkan verəcəyini bildirib.

Türkiyənin Doha səfirliyinin himayəsi altında fəaliyyət göstərəcək türk məktəbi digər özəl məktəblərə nisbətən daha ucuzdur. Qətər hökuməti məktəbin tikinti işlərinin tamamlanmasına böyük töhfə verib. Karatosun 350 şagird yerlik və müasir avadanlıqlara malik məktəbin 11 min kvadratmetrlik sahədə 2 ildə inşa olunduğunu qeyd edib.

Son statistikaya görə, Qətərdə 7 min türk yaşayır.