Fransanın qərbindəki Anje şəhərində yaşayış binasının 4-cü mərtəbəsinin eyvanı uçub.
"Report" xəbər verir ki, bu barədə "Ouest-France" nəşri məlumat yayıb.
Məlumata görə, hadisə dünən yerli vaxtla saat 23:30-da baş verib. Hadisə zamanı eyvanda 15 tələbə olub. Onlardan 4-ü ölüb, 11-i xəsarət alıb.
Hadisə zamanı binanın 3-cü və 2-ci mərtəbələrinin də eyvanları dağılıb.