XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 12:17

Hindistan baş nazirindən ittiham:"Pakistan terrora dolayı dəstək verir"

india

Hindistan baş naziri Narendra Modi BRİKS liderlərinin toplantısında Pakistanı terrora dolayı dəstək verməkdə ittiham edib.

N. Modi deyib ki, rifaha ən böyük təhlükə terrordur, faciə isə terrorizm bazasının Hindistanın yaxınlığında yerləşməsidir.

Telekanal N. Modinin ad çəkməsə də, söhbətin Pakistandan getdiyinin aydın olduğunu bildirib.

Qeyd edək ki, Hindistan və Pakistan arasında münasibətlər sentyabrın 18-də  silahlıların Uri şəhərində Hindistan ordusunun taboruna hücum çəkməsi və 18 hərbçinin öldürülməsindən sonra kəskinləşib. Hindistan terrorçuların Pakistan ərazisində gələn Məhəmməd döyüşçüləri radikal qruplaşmasının üzvləri olduğunu və Pakistanın terrorizmi dəstəklədiyini bəyan edib.   (APA)