XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2016 - 14:25

Litvanın səhiyyə naziri 34 yaşında vəfat edib

sisas

Ötən gecə Litvanın səhiyyə naziri Yuras Pojela 34 yaşında  vəfat edib.

Bunu bu gün Litva Sosial-Demokrat Partiyasının nümayəndəsi Alqirdas Sisas bildirib.

Y. Pojela Vilnüsdə xəstəxanada ölüb. Avqust ayında mədəaltı vəzin soyuqdəyməsi (pankreatit) xəstəliyi ilə xəstəxanaya yerləşdirilib və müalicəyə başlanılıb.

Qeyd edək ki, Y. Pojelabu ilin martında səhiyyə naziri təyin edilib. Litva prezidenti Dalya Qribauskayte bildirib ki, Y. Pojelanın timsalında Litva gənc, perspektivli, gəncliyinə baxmayaraq, insanların etimadını qazanmış bir siyasətçini itirib.  (APA)