XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 15:17

Əfqanıstanda partlayış:1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Əfqanistanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində baş vermiş partlayış nəticəsində 1 nəfər həlak olub, 4 nəfər isə yaralanıb. Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, partlayış terrorçular tərəfindən şəhər küçələrinin birində güldana yerləşdirilmiş qurğunun işə düşməsi nəticəsində baş verib.

Regionda fəaliyyət göstərən heç bir dəstə hələlik məsuliyyəti öz üzərinə götürməyib.