XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 15:42

Hakkaridə terror:1 əsgər şəhid oldu

Türkiyənin Hakkari vilayətində terrorçuların yola yerləşdirdiyi bombanın partlaması nəticəsində 1 əsgər şəhid olub.

Anadolu agentliyinin təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, əl istehsalı olan partlayıcı Hakkari-Van avtomobil yolunda mina axtaran əsgərlər tərəfindən aşkarlanıb. Ətrafda təhlükəsizlik tədbirləri görülsə də, partlayıcının partladılması zamanı 1 əsgər həlak olub.

Bölgədə terrorçulara qarşı əməliyyata başlanılıb.