XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 15:44

“Misirdə Rusiya hərbi bazası yaradılmayacaq” –Misir rəsmisi təkzib etdi

sisi

Misir prezidenti Abdel Fəttah as-Sisi ölkəsində Rusiya, yaxud başqa bir ölkənin hərbi bazasının olmadığını və olmayacağını bəyan edib.

Misir prezidenti  “Əl-Əhram” qəzetinə müsahibəsində deyib ki, bəzi Misir KİV-ləri araşdırmadan belə informasiyalar yayıblar.

Qeyd edək ki, Rusiyanın “İzvestiya” qəzeti xarici siyasət və hərbi dairələrdəki mənbələrə istinadən Rusiyanın Misirdə hərbi obyektlər, o cümlədən Sidi-Barrani şəhərindəki hərbi hava bazasını icarəyə götürməklə bağlı Qahirə ilə danışıqlar apardığı barədə məlumat yayıb. Bəzi Misir KİV-ləri də bu məlumata səhifələrində yer verib. Ancaq sonradan Misir Prezident Administrasiyasının rəsmi nümayəndəsi Alya Yusef bu informasiyanı təkzib edib.  (APA)