XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 13:52

İraq ordusu Mosula çatır:İŞİD dəstələri şəhərdən qaçır

mosul

“İraq ordusu Mosulun 6 kilometrliyinə qədər yaxınlaşıb. Xalq qüvvələri də ilk dəfə olaraq İŞİD-ə qarşı vibrator raketlərdən istifadə ediblər”.

Strateq.az İRNA-ya istinadən bildirir ki,bu barədə Müştərək Mosul Əməliyyatı Komandanlığı bəyanat yayıb.

 Bəyanatda qeyd olunur ki, Mosulun azad edilməsi əməliyyatının şimal və cənub istiqamətlərindən İŞİD terrorçularının mövqelərinin ağır şəkildə atəşə tutulması ilə başlanıb. Bu hücumlar zamanı İŞİD-in Baduş, Bərtələ, Həmdaniyə, Hud və Həzər məntəqələrindəki müdafiə xətləri uzaqvuran orta ölçülü toplar ilə hədəfə alınıb. Mosul su bəndi istiqamətində isə İŞİD-in müdafiə xəttinin yarılmasına görə, terrorçular nə edəcəklərini bilmirlər. Çaş- baş qalan terrorçular öz mövqelərini tərk edərək qaçırlar. Son məlumatlara görə, İraq ordusunun sürətli reaksiya qüvvələri cənub istiqamətindən Mosulun 6 kilometrliyinə qədər irəliləyiblər. 

İraqın Müharibə Təbliğatı Qərargahının verdiyi məlumata görə, iraqlı qüvvələ şimal və cənub istiqamətindən sürətlə Mosul şəhərinə doğru irəliləyirlər. Ən son məlumatlara görə, iraqlı qüvvələr indiyə kimi Mosulun ətrafında yerləşən 17 kəndi azad ediblər. 

Digər tərəfdən Xalq Qüvvələri komandanlığı da bəyanat yayaraq bu qüvvələrin döyüşlərə qatıldığını elan edib. Bu bəyanata görə, xalq qüvvələri ilk olaraq İŞİD terrorçularının torpaqdan düzəltdikləri torpaq istehkamları dağıdıblar. 

Xalq qüvvələr komandanlığı həmçinin bildirib ki, ilk dəfə olaraq bu qüvvələr terrorçuların səngərləri və tunellərini dağıtmaq üçün vibrator raketlərdən istifadə edib. Bu raketlər 1 kilometrlik radiusda yerləşən bütün yeraltı strukturları, tunelləri və sığınacaqları habelə, terrorçular tərəfindən quraşdırılan bombalar və minaları məhv etmək qüdrətinə malikdir. 

Kürd peşmərgə yaraqlıları isə Xazər istiqamətindən Mosula doğru irəliləməyə başlayıblar. Bu qüvvələr ilk mərhələdə Mosulun şimalında yerləşən Bəşiqənin ətrafında yerləşməlidirlər. Cənub istiqamətindən isə polis qüvvələri Naif kəndini azad ediblər. Hazırda bu qüvvələr Nəcmə kəndinə doğru irəliləyirlər. Şərq istiqamətindən isə Abbasi və Xızır kəndləri artıq ordu qüvvələri tərəfindən azad edilib. 

İraqın Müharibə Təbliğatı Qərargahı həmçinin, Mosulun daxilində yerli əhali ilə terrorçular arasında toqquşmaların başlanmasından xəbər verib. Deyilənlərə görə, bu toqquşmalar Babül Cədid və Həmamül Əlil məntəqələrində baş verib. Həmçinin, Mosuldan daxil olan məlumatlara görə, İŞİD başçılarının ailələri şəhərdən qaçmaq üçün çıxış yolları axtarırlar.