XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 14:33

İraqın baş naziri:“Türkiyə həssas şəraitdə bizə kömək etmədi”

heyder-ibadi

“Türkiyə həssas şəraitdə bizə kömək etmədi. Amma, indi İŞİD üzərində qələbə çalmaq ərəfəsində olduğumuz bir zamanda nigaran olub”.

Strateq.az “Əl -İraqiyə” telekanalına istinadən bildirir ki, bu sözləri  İraqın baş naziri Heydər İbadi İraq KİV-ləri və analitiklər ilə görüşdə deyib: “Biz müharibə halındayıq və şəhərlərimizi azad etməyə çalışırıq. Amma, qonşumuz Türkiyə kənardan tamaşa edir”.

H.İbadi daha sonra əlavə edib: “Biz bu qonşudan silah istədik. Amma, onlar bizə 500 dəst geyim göndərdilər. Biz də ondan istifadə etmədik. Bir neçə ölkədən yerli polisə təlimlərin keçilməsi üzrə bizimlə əməkdaşlıq etməsini istədik. Amma, başa düşə bilmirəm onlar hansı məntiq əsasında öz hərbçilərini bizim ərazilərimizdə yerləşdiriblər. O həssas zamanda bizə kömək etmədilər. İndi isə İŞİD-in məhv olmaq astanasında olduğu bir şəraitdə öz keçmiş rəftarlarına düzəliş etmək qərarına gəliblər”.

H. İbadi deyib ki, iraqlıları  belə bir sual maraqlandırır: İŞİD-i kim yaradıb? İraqda İŞİD-i kim dəstəkləyir?

Biz İŞİD ilə savaşırıq. Torpaqlarımızı azad edirik. Eyni zamanda heç bir xarici qüvvəyə bizim torpaqlarımızda savaşmaq icazəsi vermirik. Biz bundan öncə də əcnəbi qüvvələrin burada olmasının əleyhinə olmuşuq. Hal hazırda da bu qüvvələrin istənilən müdaxiləsini məqsədlərimizə müdaxilə hesab edirik. Aşkar formada deyirəm, bizim baxışımızda xaricdən İraqa daxil olan istənilən hərbi qüvvə düşmən qüvvə hesab olunur və terrorçular ilə onlar arasında heç bir fərq yoxdur”.