XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 14:58

“Dünən ABŞ-dan zəng etdilər ki, indi nə edək?” –Ərdoğan

erdogan

"Dabık bizim tariximizdə çox önəmli yer tutur. İndi Əl-Baba doğru irəiləyirik".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada aparılan hərbi əməliyyatlara münasibət bildirərkən deyib.

“Əl-Babı da azad edəcəyik. Biz koalisiya qüvvələrinə bunu dedik: orada əhalinin 95 faizi ərəblərdir. Orada PYD və YPG-nin nəzarəti olmamalıdır.

Dünən ABŞ-dan zəng etdilər ki, kömək edin. Biz bunu əvvəldən demişik axı. Çünki biz buranı yaxşı tanıyırıq. “Rakkada nə edək?” dedilər, “gəlin birlikdə edək”, dedik. İndi də Rakkanın azad edilməsi barədə danışıqlar gedir”, – Ərdoğan qeyd edib.

Axar.az