XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Oktyabr 2016 - 19:28

“Onlar şikayət edirlər ki,…” –Rusiyada qanunsuz miqrantlar üçün amnistiya ola bilər

miqrat-rusiya

Rusiyada qanunsuz mühacirlər üçün amnistiya ola bilər.

Strateq.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Miqrasiya İşləri üzrə Şuranın Aslambek Paşaçev bildirib.

A.Paşaçevin sözlərinə görə, oktyabr ayının sonuna qədər prezident Vladimir Putin ilə planlaşdırılan görüşdə belə bir təkliflə çıxış etmək istəyir.

"Rusiyada təxminən 3 milyon qeyri-leqal miqrant var. Onlar vergilərin ödənilməsi və xüsusilə Rusiyada çətin vəziyyəti nəzərə alsaq, ərazimizdə naməlum statuslu insanların varlığına dözümlü yanaşa bilərik".

Şura sədri əlavə edib: "MDB ölkələrindən gələn şəxslərlə tez-tez ünsiyyətdə oluram. Onlar şikayət edirlər ki, Rusiyaya 3 aylıq müddətə gəlmək, burada qanunsuz əmək fəaliyyəti ilə məşğul olmaq, sonra da çıxıb getmək sərfəlidir. İşəgötürənlərin qeyri-leqal miqrantlardan istifadəsi ilə bağlı cərimələrdə aydınlıq yaratmaq gərəkdir.

300-dən 7800 rubla qədər cərimələr kiçik biznesə zərbə vurur. Böyük şirkətlər üçünsə bu məbləğ heç nədir. Məhz onlar qeyri-leqal miqrantlardan daha çox istifadə edir".

A.Paşaçev miqrantlarla bağlı gələn il amnistiya elan edilməsini təklif edir.

M.Rzasoy