XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Oktyabr 2016 - 12:05

“Lufthansa”nın təyyarəsiKanadada təcili eniş edib

Almaniyanın “Lufthansa” aviaşirkətinin Frankfurt-na-Mayndan Orlandaya (Florida ştatı) uçan təyyarəsi Kanada aeroportlarından birinə təcili eniş edib.

Azərtac Welt nəşrinə istinadla xəbər verir ki, göyərtəsində 345 sərnişinin və 18 ekipaj üzvünün olduğu Boeing 747-400 laynerinin təcili enişinə pilot kabinəsində tüstülənmə səbəb olub. “Lufthansa”nın nümayəndəsinin verdiyi məlumata görə, kabinədə tüstü qoxusu hiss edən pilotlar eniş üçün icazə istəyiblər. Yerə enərkən onlar oksigen maskasında olublar.

Uçuş-enmə zolasında təyyarəni yanğınsöndürmə maşınları qarşılayıb. Eniş insidentsiz başa çatıb, xəsarət alan olmayıb.

Tüstülənmənin səbəbi barədə məlumat verilmir.