Vyetnamın cənubunda təlim helikopterinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, insident Baria-Vunqtau əyalətinin Din dağı rayonunda, Xoşemin şəhərindən 90 kilometr cənub-şərqdə baş verib. Hadisə zamanı helikopterdə olan iki pilot və təlimçi həyatını itirib.
Hadisənin baş verdiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatlarına təxminən 400 nəfər cəlb olunub.