XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 17:16

Ərdoğan:"Türkiyəyə 1 milyonluq qaçqın axını gözlənilir"

Suriyanın Hələb şəhərində hərbi əməliyyatların fəallaşacağı təqdirdə təqribən bir milyon qaçqın Türkiyəyə gələ bilər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Prezidentin sözlərinə görə, Türkiyə bu potensial qaçqınlara görə məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil.

R.T.Ərdoğan qeyd edib ki, Suriya münaqişəsinin başa çatmasından sonra Türkiyə yad şəhər hesab etmədiyi Hələbin bərpasına kömək etməyə hazırdır.