XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 19:31

Kabildə NATO hərbçilərinəsilahlı basqın

Əfqanıstanın paytaxtında hərbi geyimdə olan naməlum şəxs beynəlxalq koalisiyasının hərbçilərinə atəş açıb.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, insident nəticəsində ölən və yaralananlar var.

NATO-nun başcığı altında fəaliyyət göstərən koalisiya qüvvələri 2014-cü il dekabrın 31-də Əfqanıstanda hərbi missiyasını başa vurub. 2015-ci il yanvarın 1-dən isə NATO ölkədə yeni qeyri-hərbi əməliyyata başlayıb. Tərkibində 12 min hərbçinin olduğu alyans qüvvələri Əfqanıstanın güc strukturlarına təlimlər keçir.

Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən “Taliban” böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Ölkənin şimalındakı Qunduz şəhərində nəzarətə yiyələnən taliblər hazırda Kabildən cənub-qərbdə yerləşən Qəzni əyalətinin eyni adlı administrativ mərkəzi uğrunda döyüşlər aparır. Həmçinin regionda İŞİD qruplaşmasının da nüfuzu artmaqdadır.