XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 October 2016 - 21:51

Rusiya Bankı yeni əsginas buraxacaq

Rusiya Bankı dövriyyəyə plastik banknot buraxılması imkanlarını istisna etmir.

Azərtac "TASS"a istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankın sədrinin birinci müavini Georgi Luntovski bildirib.

G.Luntovski futbol üzrə dünya birinciliyinə həsr olunmuş 100 rubl xatirə əsginası buraxmağı planlaşdırdıqlarını deyib. Qeyd edib ki, əsginas bu ilin sonunadək buraxıla bilər. Mərkəzi Bank banknotun dövriyyədə özünü necə aparmasını qiymətləndirmək niyyətindədir.

Bununla yanaşı, Rusiya Bankı nağd pulun keyfiyyətinin pisləşməsi təhlükəsini müşahidə edir və bununla əlaqədar olaraq kredit təşkilatları ilə banknotların çeşidlənməsinə diqqət ayırmaq niyyətindədir.