XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

19 Oktyabr 2016 - 22:02

Berlində “Normand dördlüyü”nünSammiti keçirilir

Almaniyanın paytaxtında “Normand dördlüyü”nün Sammiti başlayıb.

Almaniya kansleri Angela Merkelin dəvəti ilə Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Fransua Olland və Ukrayna Prezidenti Pyotr Poroşenko Berlinə gəliblər.

“Normand dördlüyü”nün liderləri Ukraynanın şərqində münaqişənin nizamlanmasına dair əsas məsələləri müzakirə edəcəklər.

Həmçinin məlumat verilir ki, Sammitdən sonra Putin, Merkel və Olland Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparacaqlar.