XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 09:06

Poroşenko:"Rusiya Donbasa ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib"

porosrnko

Rusiya Donbas regionuna ATƏT-in polis missiyasının yeridilməsinə razılıq verib.

 "112 Ukrayna " telekanalının verdiyi xəbərə görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Berlində  keçirdiyi brifinqdə bəyan edib. (APA)

"Minsk razılaşmalarının yerinə yetirilməsi üçün “yol xəritəsi” noyabrın sonuna qədər işlənib hazırlanmalıdır. Bu həmçinin sərhəd məsələlərinə də aiddir. Hesab edirəm ki, hazırda Normand formatının alternativi yoxdur”, deyə P.Poroşenko qeyd edib.

Onun sözlərinə görə, görüşdə hər hansı  bir sənəd imzalanmayıb. Poroşenko bildirib ki, yaxın vaxtlarda “Normand dördlüyü” ölkələrinin XİN rəhbərlərinin görüşü baş tutacaq. 

Xatırladaq ki, oktyabrın 19-da Berlində “Normand dördlüyü” liderlərinin görüşü baş tutub. Almaniya kansleri Angela Merkel, Fransa prezidentiFransua Olland, Rusiya prezidenti Vladimir Putin və Ukraynanın dövlət başçısı Pyotr Poroşenko arasında danışıqlar “bağlı qapılar” arxasında keçirilib.