XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 10:08

Rusiya Kuril adalarındakı qoşunlarını döyüş hazırlığı səviyyəsinə gətirdi –Rəsmi açıqlama

 rusiya-pakistan-1

Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb.

Bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev bildirib.    

“Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, – deyə Qordeyev bildirib.   

Onun sözlərinə görə, hərbçilərin fərdi şəkildə atəş, taktiki, xüsusi və digər hazırlıqlar üzrə biliklərinin yoxlanılacağı, həmçinin, hər bir komandirin ona təhkim olunan silah və texnikadan istifadə qaydaları üzrə biliklərinin  yoxlanılacağı nəzərdə tutulub.    

Təlimlər planına əsasən, “Qrad” reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və “Orlan” tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub.      

APA