XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 October 2016 - 16:27

İrandan Türkiyəyə etiraz –Səfir nazirliyə çağırıldı

iran-turkiye-1

Türkiyənin İrandakı səfiri Rza Hakan Tekin bu ölkə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, bölgədəki bəzi hadisələrlə bağlı Türkiyənin bəzi dövlət adamlarının açıqlamaları ilə əlaqədar İran hökumətinin sərt etirazı səfirin diqqətinə çatdırılıb.  

Qeyd edək ki, İranın etirazının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqda baş verənlərlə bağlı açıqlamaları ilə əlaqədar olduğu güman edilir.

APA