XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 19:49

“YPG Münbicdən çəkiləcək” –Karter Türkiyədə söz verdi

Binali

Pentaqon rəhbəri Eşton Karter ABŞ-ın YPG-nin Suriyanın Münbic şəhərindən çəkilməsi barədə verdiyi sözün arxasında durduğunu bildirib.

Onun sözlərini jurnalistlərə Türkiyənin baş naziri Binali Yıldırım çatdırıb.

"ABŞ bu mövzuda bizə söz vermişdi. ABŞ müdafiə naziri sözlərinin arxasında durduğunu təsdiq etdi. Münbicdə heç bir YPG/PYD ünsürü qalmayacaq. Buna bir daha təminat verdilər. Bizim üçün PKK nədirsə, PYD və YPG də odur, bunlar terror təşkilatıdır. Bunlara, təəssüf ki, silah verilməsi, Amerika tərəfindən İŞİD-ə qarşı istifadə edilməsi böyük səhvdir. Bunu özlərinə açıqca söylədik.", – Yıldırım Karterlə keçirilən görüş barədə məlumat verərkən deyib(SalamNews).