XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 October 2016 - 01:55

Çexiyada Rusiya təbliğatına qarşı xüsusi şöbə yaradıldı –20 əməkdaşı var

cexiya-4

"Reuters" informasiya agentliyi bildirir ki, Çexiyanın Daxili İşlər Nazirliyi Rusiya təbliğatı və xarici dövlətlərin ölkə əhalisinin ictimai fikrinə təsir etmək cəhdləri ilə mübarizə üzrə xüsusi şöbə yaradıb.

Bu yeni strukturun 20 əməkdaşı var. Onlar sosial şəbəkələrdən yararlanaraq dezinformasiyayla mübarizə aparacaq, məmurlara onunla mübarizə aparmağı öyrədəcəklər. "Biz hər bir smartfona düşmək istəyirik", – deyə Çexiyanın Daxili İşlər naziri Milan Hovanec bildirib.

Çexiyanın İnformasiya Təhlükəsizliyi İdarəsi (BIS) illik hesabatında bildirib ki, Rusiya ölkəylə "informasiya müharibəsi" aparır. Çexiya əks-kəşfiyyatının məlumatına görə, Moskva Avropa Birliyi, Ukrayna və NATO-nu ləkələyən məlumatın yayılması və təbliğatla məşğul olan agent və qruplar şəbəkəsi yaradıb. Çexiya hökuməti bu şəbəkədən ölkədə sabitliyi pozmaqdan ötrü istifadə edilə biləcəyini düşünür.

Bundan əvvəl bildirilirdi ki, çex peşə məktəblərində tələbələrə kremlyönlü KİV-lərin apardığı təbliğatı tanımağı öyrədirlər.

2011-ci il siyahıyaalmasına görə, Çexiyanın 30 minə yaxın sakini rusca danışır. On minlərlə sayt rus dilində xəbər dərc edir.

 

Azadliqradiosu.az